Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanda sementə illik tələbat 4-5 faiz artacaq

2016-cı ildən etibarən Azərbaycanda sement məhsuluna tələbat hər il 4-5 faiz artacaq. Trend-in məlumatına görə, bunu brifinqdə Cənubi Qafqaz regionunda iri sement zavodu olan “Norm Sement”in icraçı direktoru Həsən Yalçınqaya deyib.

Onun sözlərinə əsasən, 2015-ci ildə “Norm Sement” şirkəti 1,1 milyon ton sement və 240 min ton klinker istehsal etməyi planlaşdırır: “Hərçənd bu il Azərbaycanda sement istehsalının ümumi həcmində ötən ildəki 4,4 milyon tondan 3,8 milyon tonadək azalma gözlənilir. Müqayisə üçün, 2014-cü ildə şirkət 540 min ton sement istehsal etmişdi”.

H.Yalçınqaya bildirib ki, hazırda zavodun istehsal gücü 2 milyon ton sement və 1,6 milyon klinker təşkil edir: “Tam layihə gücünə çıxma müddəti Azərbaycanın tikinti sektorunun artım tempindan birbaşa asılıdır. Düşünürük ki, bu il kiçik azalmadan sonra növbəti illərdə sementə tələbat hər il 4-5 faiz artacaq”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]