Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanda sığorta şirkətinin lisenziyası ləğv edildi

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti “Era Trans Sığorta” ASC-nin lisenziyasını ləğv edib. Bu barədə Trend Dövlət Xidmətinə istinadən məlumat verir.

Məlumatda deyilir ki, Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən “Era Trans Sığorta” şirkətində aparılmış yoxlama nəticəsində müəyyən olunmuş nöqsan və çatışmazlıqlarla əlaqədar ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Maliyyə Nazirliyinin 25.11.2014-cü il tarixli əmri ilə 6 ay müddətinə dayandırılmışdı.

Lakin ASC-nin lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasını müəyyən olunmuş müddətdə təmin etməməsi ilə əlaqədar, “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.2-ci maddələrinin tələblərinə uyğun olaraq, ASC-yə 01.06.2009-cu il tarixdə sığorta fəaliyyətinə verilmiş lisenziya Maliyyə Nazirliyinin 09.06.2015-ci il tarixli əmri ilə ləğv ediib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]