Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda su sayğacları üzrə smart-kartları onlayn yükləmək olacaq

“Azərsu” ASC-nin abunəçiləri üçün su sayğacları üzrə smart-kartların onlayn yüklənməsi xidməti sentyabrın sonu işə düşəcək. Bu barədə Trend-ə “Goldenpay” şirkətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, “Azərsu” və ASC-nin sayğaclarının sahibi olan üçüncü şirkətlə artıq razılıq əldə olunub: “Razılığa müvafiq olaraq texniki sənədləşmə əldə etmişik. Bu sənədlər əsasında “Hesab.az” portalının “Kommunal xidmətlər” bölməsinin köməyi ilə “Azərsu” sayğacları üzrə smart-kartların onlayn yüklənməsi xidmətinin inteqrasiyası üçün işlər aparılır”.

Sistemin iş mexanizmi qaz sayğacları üzrə smart-kartların onlayn yüklənməsi üçün tətbiq olunan sistemin mexanizmi ilə eynidir. Smart-kartları yükləmək üçün kard-riderlərdən istifadə olunmalıdır. Qiyməti 30 manat olan cihazı “Goldenshop.az” onlayn-mağazasından əldə etmək olar.

Smart-kartları yükləmək üçün Java proqramı yükləmək (java.com/en/download/ie_manual.jsp?locale=en), həmçinin drayveri (drayverin ünvanı: system.goldenpay.az/smart/jpcsc.dll) C diskinin “Windows” qovluğuna kopyalamaq lazımdır.

Smart-kartın yüklənmə prosesi aşağıdakılardan ibarətdir: kartı kard-riderə qoymaq, “START” düyməsini basmaq və kartdakı məlumatın yoxlanılmasını gözləmək, sonra karta yükləmək istədiyiniz məbləği qeyd edib növbəti səhifəyə keçmək lazımdır. Daha sonra kart haqqında informasiya daxil edilməli və ödəniş həyata keçirilməlidir. Pul vəsaitinin karta yüklənməsi üçün “START” düyməsini basmaq, proses başa çatdıqdan sonra kartı çıxarmaq lazımdır.

Prosesdən öncə kartdakı məbləği sayğaca yükləmək, kartda vəsaitin qalmadığından əmin olmaq lazımdır. Əks halda vəsait karta yüklənməyəcək. Həmçinin yükləmə prosesi başa çatmayıbsa, kartı vaxtından əvvəl çıxarmaq olmaz.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]