Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanda suya görə borcun olması barədə arayış elektron formada veriləcək

“Azərsu” ASC-nin abonentləri sudan istifadəyə görə borcun olması barədə arayışı elektron formada əldə edə biləcəklər. Bunu Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, elektron arayışın əldə edilməsi xidmətindən yaxın vaxtlarda istifadə etmək mümkün olacaq. Servis “Elektron hökumət” (e-gov.az) portalında əlçatan olacaq.

A.Cəbrayıllı qeyd edib ki, bu prosedurun avtomatlaşdırılması abonentlərə sudan istifadəyə görə borcun olub-olmaması barədə arayışı operativ əldə etməyə imkan yaradacaq: “Əksər hallarda göstərilən arayış daşınmaz əmlakın alışı və ya satışı zamanı tələb olunur. Arayışın hüquqi qüvvəsi olacaq”.

O əlavə edib ki, əhali, həmçinin “Texniki şərtlər”i əldə etmək üçün elektron formada müraciət etmək imkanı qazanacaq: “Bunun üçün şəxsiyyət vəsiqəsinin və daşınmaz əmlak üzrə mülkiyyət hüququ barədə sənədin surətlərini təqdim etmək lazım olacaq”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]