Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda tikinti işlərində qiymətlər artıb

2015-ci ilin I rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,8 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,9 faiz, yol və körpü tikintisində isə 0,1 faiz bahalaşma müşahidə edilib.

Cari ilin I rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər əvvəlki rüblə müqayisədə 0,9 faiz, sosial təyinatlı binaların və istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,8 faiz bahalaşıb.

Sosial təyinatlı binalardan inzibati binaların tikintisi üzrə qiymətlər 0,6 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər isə 0,9 faiz bahalaşıb.

İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 0,8 faiz bahalaşma müşahidə olunub.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]