Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanda turizmin inkişafı üçün yeni strategiya hazırlanıb

“2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası” hazırlanıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, qurum tərəfindən hazırlanmış “2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası” layihəsi Azərbaycanda turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, turizmin inkişafında hökumətin rolu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formaları, bu əməkdaşlıqların uğurla qurulması metodları və bir sıra digər mühüm elementlər haqqında məlumat və tövsiyələri əks etdirən sənəddir.

Məlumatda qeyd olunur ki, Azərbaycanı cəlbedici və uğurlu turizm məkanına çevirmək üçün dövlətin turizm siyasətinin dörd əsas strateji prinsip üzərində qurulmasını tövsiyə edən Strategiyada sənayenin inkişafı üçün əlverişli iqtisadi mühitin yaradılması, turizm məhsulunun müxtəlifliyi, sənaye standartlarının təkmilləşdirilməsi və ictimai marağın qorunması şərtilə sənayenin inkişafı üçün zəruri stimullaşdırma, planlaşdırma, koordinasiya, araşdırma və statistik köməyin təmin edilməsinə dair müxtəlif təkliflər təqdim olunur.

Bununla yanaşı, sənəd institusional strukturun təkmilləşdirilməsi, infrastruktur inkişafının gücləndirilməsi, turizm təcrübəsinin müxtəlifliyi və marketinq və kommunikasiya sistemində peşəkarlığın artırılması ilə 4 əsas inkişaf istiqaməti haqqında geniş məlumat və Azərbaycanda turizmin daha əsaslı inkişaf etdirilməsi üçün bu sahələrdə hansı məqsədlərə nail olmağa çalışmalı olduğu haqqında müvafiq tövsiyələr verir.

Xatırladırıq ki, “2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası” təsdiq edilmək üçün aidiyyəti qurumlara göndərilib və hazırda razılaşdırılma mərhələsindədir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]