Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanda ümumxalq səsverməsi vaxtında başlayıb


Sentyabrın 26-da səhər saat 8.00-da Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) başlayıb.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçkilər” İnformasiya Mərkəzində təşkil olunan mətbuat konfransında jurnalistlərə Azərbaycanda keçirilən referendum barədə məlumat verib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin cari il iyulun 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında imzaladığı Sərəncama əsasən MSK-ya referendumun hazırlanmasını və keçirilməsini təmin etmək üçün müvafiq tapşırıqlar verilib və bundan sonra komissiya təqvim planı hazırlayıb. Ümumxalq səsverməsində iştirakı gözlənilən 5 milyon 300 minə yaxın vətəndaşın səs verməsi üçün 5 min 627 məntəqədə hər cür şərait yaradılıb. Bütün məntəqələr müşahidəçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün açıqdır.

M.Pənahov diqqətə çatdırıb ki, MSK referendumun hazırlanması və keçirilməsi ilə bağlı genişmiqyaslı tədbirlər görüb. İlk addım olaraq Referendum Aktı və onun müqayisəli variantı hazırlanıb və seçicilərə paylanılıb. O deyib: “Səs verənlərin bu gün məntəqələrə gələrkən 29 hissə üzrə fikirlərini ifadə etmək üçün hər cür imkanları olacaq. Səsvermənin gedişi geniş aşkarlıq şəraitində həyata keçiriləcək. Bunun üçün MSK-da 117 beynəlxalq, 1097 yerli müşahidəçi akkreditasiyadan keçib. Eyni zamanda, dairə seçki komissiyalarında 53 mindən artıq müşahidəçi akkreditasiyadan keçib və gün ərzində nəticələrlə bağlı məlumat verəcəklər”.

MSK-nın sədri ümumxalq səsverməsi ilə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırıldığını və gün ərzində bu veb-kameraların fasiləsiz olaraq həmin məntəqələrdə səsvermənin gedişini internetlə ictimaiyyətə çatdıracağını vurğulayıb. Diqqətə çatdırılıb ki, MSK-nın saytına daxil olan istənilən internet istifadəçisi həmin məntəqələrdəki prosesləri canlı müşahidə edə bilər. Gün ərzində beş dəfə – saat 10-da, 12-də, 15-də, 17-də və 19-da səsvermənin gedişi ilə bağlı məlumatlar ictimaiyyətə təqdim olunacaq. Axşam saat 19-da səsvermə başa çatacaq və səsvermənin nəticələrinin açıqlanması ilə bağlı proseslərə başlanılacaq.

M.Pənahov bildirib ki, MSK üzvləri gün ərzində yerlərdə həm müşahidəçilər, həm də KİV nümayəndələri ilə müntəzəm əlaqədə olacaq. Prosesdə iştirak edən bütün tərəflərin müraciətlərinə operativ şəkildə münasibət bildiriləcək. Azərbaycan seçicilərinin konstitusion hüquqlarının təmin olunması üçün bütün addımlar atılıb.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra ümumxalq səsverməsi başlayıb.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]