Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

“Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası” (AVCİYA) Seçki Qərargahının ofisində assosiasiyanın regional nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirilib


Bu gün “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası” (AVCİYA) Seçki Qərargahının ofisində assosiasiyanın regional nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə AVCİYA-nın I vitse prezidenti Vəli Əlibəyov, Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı, “İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondunun prezidenti Şahin Camalov, seçki qərargahının üzvləri və Şirvan, Gəncə, Zaqatala, Xaçmaz, Cəlilabad, Bərdə regional nümayəndəliklərin rəhbərləri iştirak ediblər.
Tədbirdə regional nümayəndəliklərin işlərinin yenidən qurulması, regionlarda parlament seçkilərinin müşahidə edəcək şəxslərin seçilməsi, müşahidəçilər üçün treniqlərin keçirilməsi və s. müzakirə olunub. Regional nümayəndəliklərin rəhbərləri əhatə etdikləri rayonlardakı müşahidəçilərin seçilməsi ilə bağlı məlumat vermişlər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.

AVCİYA Seçki Qərargahının Mətbuat Xidməti

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]