Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsi innovativ iqtisadiyyatın yaradılmasına kömək etməlidir

Azərbaycanda aparılan vergi siyasəti dövlət iqtisadiyyatının güclənməsi və iqtisadi təhlükəsizliyin təmin edilməsinə imkan yaradır.

Trend-in məlumatına əsasən, bunu jurnalistlərə “Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu” mövzusunda Şamaxıda keçirilən elmi-praktik konfrans zamanı Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri akademik Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Vergilər Nazirliyi son illər vergi nəzarəti sisteminin təkmilləşdirilməsi ilə bağlı böyük işlər görüb: “Bundan başqa, vergi sistemində ən müasir informasiya texnologiyaları tətbiq edilir ki, bu da büdcə gəlirlərinin formalaşdırılmasında əhəmiyyətli rol oynayan vergi ödəmələrinin vaxtlı-vaxtında yığılmasına imkan yaradır”.

Z.Səmədzadə qeyd edib ki, bu gün Azərbaycan innovativ iqtisadiyyatın yaradılmasına yönəlib və bu məqsədə çatmaq üçün vergi sisteminin bundan sonra da təkmilləşdirilməsi lazımdır: “Azərbaycanın dünya iqtisadiyyatı məkanına inteqrasiyası zamanı nazirliyin qarşısında müəyyən tapşırıqlar dayanır”.

O, həmçinin bildirib ki, Sovet İttifaqı dövründə Azərbaycanda vergi sahəsi üzrə heç bir dissertasiya işi müdafiə edilməyib, lakin bu gün adıçəkilən elm sahəsi aktiv şəkildə təkmilləşir ki, bu da ölkənin vergi sisteminin gələcək inkişafında mühüm rol oynayır.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]