Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanda verilən elektron rəqəmsal imzaların sayı artıb

Aprel ayında Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı martla müqayisədə 3,1 faiz artaraq 31 682 ədəd təşkil edib. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən deyiblər.

Mərkəzin məlumatına görə, verilən elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 18 396 ədəd düşüb, 5 817 ədəd hüquqi şəxslərə, 7 469 ədəd isə vətəndaşlara verilib.

“Elektron hökumət” portalında (e-gov.az) təsdiq edilmiş elektron xidmətlərin sayı 454 ədəd təşkil edir və portalda 332 elektron xidmətdən istifadə etmək mümkündür. Dövlət strukturlarının saytlarında yerləşdirilən elektron xidmətlərin ümumi sayı isə 461 ədəd təşkil edir.

Aprel ayında “Elektron hökumət” portalına müraciətlərin sayı 335,8 mini ötüb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]