Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklər edilib

Azərbaycanda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklər edilib
Azərbaycanda polis şəxsin iradəsi ziddinə onun evinə daxil ola bilməyəcək
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 29 dekabr tarixli 89-VQD nömrəli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sənədə əsasən Nazirlər Kabineti Azərbaycan qanunları və prezident aktlarının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.

Dəyişikliklərə görə, şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə polis əməkdaşının daxil olması qaydası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Polis əməkdaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin 1-ci və 2-ci hissələrində göstərilmiş hallar və əsaslar olmadan şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə daxil ola bilməz”, sənəddə qeyd edilib.

Apa.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]