Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanın dövlət təhsil müəssisələrində ödənişli xidmətlər yaradılacaq

Azərbaycanın dövlət təhsil müəssisələrində ödənişli xidmətlər yaradılacaq Gələn ildən Azərbaycanın dövlət təhsil müəssisələrində ödənişli xidmətlər yaradılacaq. Trend-in məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda nəzərdə tutulub.
Yeni sənədə əsasən, 2015-2016-cı illərdə Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi dövlət və bələdiyyə təhsil müəssisələrində ödənişli xidmətlərin təşkili və həmin xidmətlərdən əldə edilmiş vəsaitlərin sərbəst istifadəsi üzrə mexanizmlər hazırlayacaq. 2016-cı ildən başlayaraq isə həmin mexanizmlərin tətbiqinə başlanacaq.
2017-ci ildən etibarən aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının təmin edilməsi məqsədi ilə maddi dəstək sistemi yaradılacaq və tətbiq olunacaq.
Bununla yanaşı, bu ildən başlayaraq təhsil sistemində elmi tədqiqatların dövlət sifarişi və qrantlar əsasında maliyyələşdirilməsi mexanizmi hazırlanaraq həyata keçiriləcək.
Büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondu yaradılacaq ki, bununla bağlı təkliflər də 2015-2016-cı illərdə hazırlanaraq müvafiq qurumlara təqdim ediləcək.

Trend.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]