Sorğu

Loading ... Loading ...

Təqvim

July 2018
M T W T F S S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Azərbaycanın hər bir gənci Nərgiz təpədə olmalıdır

Azərbaycanın hər bir gənci Nərgiz təpədə olmalıdır Fevralın 17-də Qaradağlı faciəsinin və fevralın 26-da Xocalı soyqırımının törədilməsinin 22-ci ili ilə əlaqədar olaraq fevralın 21-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCIYA) və “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının təşkilatçılığı ilə assosasiyanın əməkdaşları Xocavənd rayonuna səfər etmişdir. Səfərin əsas məqsədi Xocavənd sakinləri ilə görüşmək, Xocavənd torpağının işğalçılardan azad edilməsində canını vermiş şəhidlərimizin azad etdiyi torpaqları ziyarət etmək və burada vətən qarşısında hərbi borcunu yerinə yetirən əsgər və hərbiçilərlə görüş keçirmək idi. Bu səfərin təşkilində böyük dəstək yerli icra hakimiyyətinin rəhbərliyi, xüsusilə şəxsən icra başçısı Eyvaz Hüseynov tərəfindən olmuşdur. Səfər iştirakçıları bir neçə hərbi əhəmiyyət daşıyan və şəhidlərimizin can verdiyi təpəliklər və səngərlərdə olmuşdur. Respublika bayrağı dalğalanan təpəlikdə şəhidlərimizin adı əks olunmuş xatirə lövhəsi üzərinə iştirakşılar qərənfillər qoymuşdur. Bu təpəliklər arasında xüsusi diqqəti cəlb edən Nərgiz təpə olmuşdur. Burada milli himn səsləndirildikdən sonra icra başçısı Eyvaz Hüseynov və AVCIYA-nın vitse-prezidenti Vəli Əlibəyov, professorlar K. Səlimov, Ç. İsmayılov və digər təşkilat üzvləri çıxış etdi.
Yerli sakinlərlə görüşdən sonra assosasiyanın nümayəndələri N-saylı hissəyə burada xidmət çəkən əsgərlərlə görüşə getdilər. Əsgərlər qarşısında AVCIYA-nın üzvləri çıxış edərək onlarla ölkənin müdafiəsində böyük inamın olmasını bir daha qeyd edərək, hər birinin Azərbaycan əsgərinin formasını daşımasından qürur hissi duymalarının vacibliyini xüsusi olaraq vurğulandı. Çıxışlarda bir daha bildirildi ki, burada xidmət edən hərbiçilər ölkə qarşısında ən vacib borclarının yerinə yetirdiklərini dərk etməli və bununla fəxr etməlidirlər.

professor Ç. İsmayılov

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com