Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanın kənd məktəblərinin şagirdləri şəbəkə texnologiyaları üzrə təhsil alacaqlar

“Cisco” şirkəti Azərbaycanın Təhsil Nazirliyi ilə ölkənin orta təhsil müəssisələrində “Cisco”nun şəbəkə akademiyasının kurslarının əhatə dairəsinin genişləndirilməsi məsələsi üzrə danışıqlar aparır. Bunu Trend-ə şirkətin Azəbaycanda nümayəndliyinin rəhbəri Vladimir Orlov deyib.

Onun sözlərinə əsasən, söhbət orta təhsil məktəbləri üçün informasiya texnologiyalarından istifadə üzrə “Cisco” kurslarından gedir: “Biz artıq bu perspektivləri Təhsil Nazirliyi ilə müzakirə etmişik, xüsusilə məsafədən tədrisin təşkili məsələsinə toxunduq”.

V.Orlov qeyd edib ki, məqsəd respublikanın ucqar kəndlərində qarşıya qoyulan vəzifənin reallaşdırılması imkanını təmin etməkdən ibarətdir.

Praktikada dinləyici materiallara məsafədən giriş əldə edir, avadanlıqla birlikdə iş üzrə təhsil alır və imtahanlar verir.

O əlavə edib ki, şirkətin şəbəkə akademiyasından keçən tələbələrin böyük əksəriyyəti hazırda şəbəkə texnologiyaları sahəsində işləyirlər.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]