Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanın kabel televiziya operatorları baza paketinə vahid tarif tətbiq edir

Azərbaycanın kabel televiziya operatorları sentyabrın 1-dən baza paketə vahid tarif – aylıq 10 manat – tətbiq edir. Bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Mənbə bildirib ki, bu yenilik kabel operatorlarının xarici TV-kontent tədarükçüləri ilə qarşılıqlı hesabatlarını dollarda aparması ilə əlaqədardır: “Kabel operatorlarının tarifləri 2006-cı ildən dəyişməyib. Operatorlar tərəfindən baza televiziya paketinə vahid tarifin tətbiq edilməsi məsələsinə çoxdan baxılırdı. Bu son dərəcə iqtisadi addımdır. Belə ki, kabel operatorları xarici kontenti, həmçinin lazımi texniki avadanlığı dollarla alır”.

Baza TV-paketin qiymətinin artması ilə bağlı məlumatı “B&BTV Communications”, “ATV Plus”, “Smart TV Plus”, “KATV1”, “AileTV” və “Connect” şirkətləri təsdiqləyib.

Baza TV-paketin hansı dəyişikliklərə məruz qalması məsələsinə gəldikdə isə, hər operatorda bu fərqli olacaq. Məsələn, “KATV1” müəyyən kanallara dil dəstəyini tətbiq edəcək. Belə ki, bu kanalları ingilis, rus, türk və ispan dillərində izləmək imkanı olacaq. “AileTV” abunəçiləri də eyni imtiyazı qazanacaq.

Bundan başqa, “AileTV”-nin baza paketi 70 faiz dəyişikliyə uğrayacaq. Şirkət hazırda “Aile+” paketindəki ən populyar televiziya kanallarını baza paketə daxil etmək niyyətindədir. Sentyabrın 1-dən “ATV Plus”, “B&BTV Communications, Connect” operatorlarının baza paketlərində kanalların sayı artırılacaq.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]