Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanın mobil operatorları Sim-kart sahiblərinin müəyyənləşdirilməsi problemi ilə üzləşib

Azərbaycanın mobil operatorları Sim-kart sahiblərinin müəyyənləşdirilməsi problemi ilə üzləşib. Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Mənbə qeyd edib ki, ümumilikdə operatorlar ölkədə istifadə olunan Sim-kartların təqribən üçdə birinin şəxsi məlumatlarını unifikasiya etməli olacaq.

Bu prosesdə hökumətin Sim-kartların satışı proseduruna dəyişiklərlə bağlı qərarı əsas rol oynayacaq. Bu qərar ilk növbədə başqasının mobil telefonunun nömrəsindən istifadə etməyin qarşısını alacaq.

Mənbə bildirib ki, sənəddə mobil operatorların abunəçi bazasının Daxili İşlər Nazirliyinin bazası əsasında formalaşdırılmalı olduğu qeyd olunub: “Yalnız bu prosesdən sonra Sim-kart aktivləşə bilər. Yeniliyin artıq sentyabrın 1-dən qüvvəyə minəcəyi gözlənilir. Lakin operatorların üzləşdiyi müəyyən texniki çətinlikləri nəzərə alsaq, bu müddətin daha bir ay uzadılacağı nəzərdə tutulur”.

Mənbə qeyd edib ki, Sim-kart sahiblərinin müəyyənləşdirilməsi problemi ilk növbədə dövlət strukturlarının bildiriş xidmətinin işə buraxılmasını ləngidir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]