Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanın poçt operatoru korporativ informasiya sistemini yeniləyir

Azərbaycanın poçt operatoru “Azərpoçt” MMC “Colvir Postal System” (CPS) avtomatlaşdırılmış korporativ informasiya sistemini yeniləməyə hazırlaşır.

CPS-in yenilənməsi üzrə işlər iyunda başlayacaq. Korporativ sistemdə yeni modulların instalyasiyası poçt operatoruna imkan verəcək ki, onun bazasında yeni maliyyə xidmətləri təqdim etsin.

MMC-dən bildiriblər ki. CPS-in bu versiyasındakı yeniliklərdən biri internet-bankçılıq xidməti olacaq. “Azərpoçt” plastik kartlarına malik şəxslər bu xidmətdən yararlana biləcək. İnternet-bankçılıq xidmətinin ilin sonunda işə düşəcəyi gözlənilir.

Qeyd edək ki, internet-bankçılıq xidməti kart hesabına nəzarət etməyə, hesabda qalan pul vəsaiti barədə məlumat almağa, aparılan əməliyyatların çıxarışını əldə etməyə, ödəniş aparmağa, bir kart hesabından digərinə pul vəsaiti köçürməyə, kartı bloklamağa və s. imkan verir.

Hazırda Azərbaycan poçtu debet kartlar buraxır. Kartların ümumi sayı 23 mindir, bunlardan 11 mini aktivdir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]