Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanın regionlarından Moskvaya aviareyslər açılır


AZALJET Moskvadan Azərbaycanın regionlarına yeni reyslər açır.

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) “APA-Economics”ə verilən məlumata görə, martın 15-dən etibarən AZALJET brendi altında Moskvanın Vnukovo hava limanından Azərbaycanın regionlarına – Gəncə və Qəbələyə müntəzəm reyslərin yerinə yetirilməsinə başlanılacaq.

Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri “Airbus A320” təyyarələri ilə yerinə yetiriləcək.

“Vnukovo” Beynəlxalq Hava Limanından (VKO) uçuş yerli vaxtla saat 15:10-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) və Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə saat 20:30-da, Qəbələ və Gəncədən uçuş – saat 20:30-da, “Vnukovo” Beynəlxalq Hava Limanına enmə – yerli vaxtla saat 22:20-də yerinə yetiriləcək.

APA.AZ

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]