Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanın sığorta bazarında AVSMMİS üzrə ödənişlərin artımı bərpa olunub

2015-ci ilin iyun ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 758 sığorta tələbi üzrə 2,2 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Ümumilikdə 2015-ci ilin yanvar-iyun ayları ərzindəsığorta şirkətləri tərəfindən AVSMMİS üzrə 11 898 851 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarının məbləğində isə 6% azalma müşahidə edilib.

İyun ayında Büro tərəfindən 7 kompensasiya tələbi üzrə 19 800 manat, yanvar-iyun ayları ərzində isə 34 kompensasiya tələbi üzrə 130 133 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. 2015-ci ilin 6 ayında həyata keçirilmiş kompensasiya ödənişlərinin məbləği ötən ilin analoji dövrü ilə müqayisədə 78% çox olub.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]