Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanın şimal-qərbində rəqəmsal TV paketindən istifadə etmək mümkün olacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi (İB) Zaqatala rayonunda rəqəmsal TV-nin kommersiya paketini tətbiq etməyə hazırlaşır.
Hazırda ötürücü qurğuların alınması və quraşdırılması ilə bağlı işlər aparılır. Rayon və ətraf yaşayış məntəqələrinin əhalisi müvafiq tezlik kanallarının əldə edilməsindən sonra kommersiya paketindən istifadə edə biləcək.

Hazırda rəqəmsal TV-nin kommersiya paketi Gəncə və Qubada əlçatandır. Bundan başqa, paket Lənkəran rayonunda test rejimində tətbiq edilib. Paketə 90 telekanal daxil edilib, aylıq abunə haqqı 6 manatdır.

İB-dən qeyd ediblər ki, hazırda respublikada rəqəmsal TV-nin əhatə dairəsinin genişləndirilməsi üzrə işlər görülür. İB bu məqsədlər üçün ilin əvvəlindən DVB-T standartlı 8 ötürücü qurğunu istismara verib.

Hazırda ölkə əhalisinin 99 faizi rəqəmsal siqnalla əhatə edilib və açıq paketə 12 telekanal daxildir.

Rəqəmsal kontentin yayımı MPEG-4 formatında həyata keçirilir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]