Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

“Azəri-Çıraq-Günəşli” layihəsinin 2015-ci il üçün xərcləri təsdiqləndi

Blokun neft ehtiyatları təqribən 1 milyard tondur.
Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi üzrə konsorsiumun əsas xərclərinin həcmi 2015-ci ildə 1992,3 milyon dollar təşkil edəcək.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.
Onun sözlərinə görə, 2015-ci ilin iş proqramı və onunla bağlı büdcə aprelin 6-da AÇG-nin rəhbər komitəsi tərəfindən təsdiq edilib.
Mənbə bildirib ki, əsas xərclərin həcmi 1992,3 milyon dollar təşkil edəcək, halbuki əməliyyat xərcləri 978,7 milyon olacaq.
Qeyd edək ki, 2014-cü ildə layihə çərçivəsində əməliyyat xərcləri 1 milyard dollar, əsas xərclər isə 2,3 milyard dollar olmuşdu.
AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Blokun neft ehtiyatları təqribən 1 milyard tondur.
/oxu.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]