Sorğu

Loading ... Loading ...

Təqvim

July 2020
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Azərbaycan Cənubi Qafqazda nüvəsiz zonanın yaradılması təşəbbüsü ilə çıxış edib

Azərbaycan Cənubi Qafqazda nüvəsiz zonanın yaradılması təşəbbüsü ilə çıxış edib
Azərbaycan Cənubi Qafqazda nüvəsiz zonanın yaradılmasını təklif edir. Belə təşəbbüslə Gürcüstan parlamentinin vitse-spikeri Fridon Toduanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev çıxış edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat veriblər.
Mətbuat xidmətinin rəhbəri Azər Mənsimlinin sözlərinə görə, nazir regionun bütün ölkələrinə təhlükə yaradan �Metsamor� AES-in fəaliyyəti ilə bağlı Azərbaycanın narahatlığını Gürcüstan nümayəndə heyətinin diqqətinə çatdırıb.
Gürcüstana bu AES-in bağlanmasına görə Azərbaycanla birlikdə çıxış etmək təklif edilib. Təklif Gürcüstan parlamentinin vitse-spikeri tərəfindən dəstəklənib. Vitse-spiker qeyd edib ki, Tbilisiyə qayıtdıqdan sonra təklifi dövlət strukturları və ictimaiyyətin diqqətinə çatdıracaq.
Tərəflər, həmçinin enerji, birgə layihələrin inkişafı sahəsində, strateji əməkdaşlıq və onun perspektivlərini müzakirə ediblər.

Milli.Az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]