Azərbaycan Dəmir Yolları əlavə daxili reys açır

“Azərbaycan Dəmir Yolları” QSC dekabrın 9-dan Bakı-Gəncə-Bakı marşrutu üzrə əlavə reys açmağı planlaşdırır. Bu barədə Trend-ə çərşənbə axşamı QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
“Yeni qatar bir müddət əvvəl QSC-nin sifarişi ilə Slovakiyada əsaslı təmir olunan elektrovozdan və beş sərnişin vaqonundan ibarət olacaq”, – o deyib.
Vaqonlar 2009-cu ilin fevralında əsaslı təmir olunmaq üçün Slovakiyanın Sazvrudki zavoduna göndərilib. Vaqonların əsaslı təmiri iki il davam edib və oktyabrın sonunda onlar Bakıya gətirilib. Vaqonlar ekspress marşrutlarda istifadəyə hazırdır və onların hər birində müasir ventilyasiya sistemi quraşdırılıb. Bununla yanaşı, onlar ekoloji avadanlıqlarla təmin edilib, daxili dizaynları dəyişdirilib, kreslo şəklində oturacaqlar quraşdırılıb.
Dörd ekonom-klas vaqonun hər biri 60, biznes-klas vaqon isə 45 sərnişin üçün nəzərdə tutulub. Hər vaqon 4 televizorla, sərnişinləri içməli su ilə təminetmə sistemi, çoxbloklu kondisioner və soyuducu sistemləri ilə təchiz olunub. Əzməmmədovun sözlərinə görə, vaqonlarda sərnişinlərin rahatlığı üçün bütün zəruri şərait yaradılıb.
Onun sözlərinə görə, əlavə reyslə yanaşı, hazırda bu marşrutda işləyən qatar da işini davam etdirir. Hər iki reys eyni gündə – biri Bakıdan, digəri isə Gəncədən çıxacaq.
Əzməmmədov qeyd edib ki, hazırda əlavə reysin istismara verilməsi üçün QSC qatarların hərəkət cədvəlində müvafiq dəyişikliklər aparır.

Milli.Az

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com