Sorğu

Loading ... Loading ...

Təqvim

August 2020
M T W T F S S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Partnyorlarımız

Azərbaycan günəş batareyalarının istehsalına başlayır

Azərbaycan günəş batareyalarının istehsalına başlayırHazırda Sumqayıt şəhərində tikilməkdə olan günəş panelləri istehsalı zavodu bu ilin fevral ayı ərzində işə salınacaq.
Bu barədə şənbə günü Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyi rəhbərinin müavini Cəmil Məlikov bildirib.
Onun sözlərinə görə, hazırda yeni zavodun və quraşdırılan avadanlığın sınaqdan keçirilməsi üzrə işlər görülür, eləcə də paralel olaraq işçi heyətinin öyrədilməsi aparılır.
“Hazırda müəssisənin sınaqdan keçirilməsi işi aparılır və düşünürəm ki, fevral ayı ərzində zavod işləməyə başlayacaq” , – Məlikov qeyd edib.
Onun sözlərinə görə, zavod ilkin olaraq bir növbədə işləyəcək, istehsalın qurulması və heyətin öyrədilməsindən asılı olaraq mərhələli şəkildə ikinövbəli və ilin sonuna qədər isə üçnövbəli iş rejiminə keçid başlanacaq.
Günəş panellərinin istehsalı ilə yanaşı, zavod, həmçinin enerjiyə qənaət edən LED lampalar buraxacaq.
Zavodun tikintisi özəl sektor tərəfindən maliyyələşdirilir. Onu Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyinin dəstəyi ilə “Azgüntex” şirkəti tikir.
Zavodda quraşdırılan avadanlıqlar Almaniyada istehsal olunub. Qiymətlər Çin istehsalçılarının təklif etdikləri məhsulların qiymətlərinə uyğun olacaq.
Müəssisənin illik istehsal gücü ümumi gücü 25 meqavatdan artıq olan 100 min ədəddən çox fotoelektrik modulları, habelə bir milyon ədədə yaxın müxtəlif enerjiyə qənaət edən lampalardır.

Milli.Az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]