Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan Nəqliyyat Nazirliyi böyük avtomobil magistralı layihəsi üzrə işləri tamamlamağa hazırlaşır

Azərbaycan Nəqliyyat Nazirliyi böyük avtomobil magistralı layihəsi üzrə işləri tamamlamağa hazırlaşır Noyabrın sonuna kimi Bakı-Şamaxı-Muğanlı avtomobil magistralının inşası və yenidən qurulması başa çatacaq, bu barədə çərşənbə axşamı “Azəryolservis” ASC-nin başçısı Cavid Qurbanov bildirib.
“Ayın 15-nə kimi Bakı-Şamaxı yol sahəsi istismara veriləcək, Şamaxıdan sonrakı yol hissəsində isə problemlər çoxdur, işlərin aparılması zamanı su quyuları aşkar olunub. Və buna görə də noyabrın sonuna kimi 118 kilometr uzunluğundakı Bakı-Şamaxı-Muğanlı yolu bütün atributları ilə hazır olacaq”, – Qurbanov bildirib.
Layihənin əsas məqsədi Şərq-Qərb Azərbaycan dəhlizi ilə keçid üçün nəqliyyat xərclərinin azaldılması və əlverişliliyin, tranzitin və yol təhlükəsizliyinin artırılmasıdır.
Təsdiqlənən layihəyə əsasən, onun inşası 90,11 milyon dollar qiymətində dəyərləndirilir. İlkin olaraq, 72,09 milyon dollar həcmində tikinti işlərinin Dünya Bankının hesabına, 18,02 milyon dollar həcmində olan inşa işlərinin isə Azərbaycan tərəfinin vəsaiti hesabına həyata keçirilməsi planlaşdırılır. Nəqliyyat Nazirliyində layihənin bahalşaması ilə əlaqədar yeni xərclər hesablanıb. Lakin onlar hələlik açıqlanmır.
“Azəryolservis” Nəqliyyat Nazirliyinin tərkibinə daxildir və yol layihələrinin həyata keçirilməsi ilə məşğuldur. Layihənin baş podratçısı İtaliyanın Todini Costruzioni Generali S.p.A şirkətidir. Layihənin məsləhətçisi Finlandiyanın Finroad şirkətidir.

Trend

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]