Sorğu

Loading ... Loading ...

Təqvim

May 2018
M T W T F S S
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan, İran və Rusiya dəmiryol işçiləri Şimal-Cənub layihəsini müzakirə ediblər

Azərbaycan, İran və Rusiya dəmiryol işçiləri Şimal-Cənub layihəsini müzakirə ediblər İranda “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara (İran) – Astara (Azərbaycan) marşrutu üzrə dəmir yollarının çəkilməsi layihəsi çərçivəsində Azərbaycan, Rusiya və İran dəmiryol işçilərinin iclası keçirilib. MEHR informasiya agentliyi bu haqda məlumat yayıb.
İran Dəmir Yolları Dövlət İdarəsinin beynəlxalq əlaqələr üzrə direktoru Abbas Nəzərinin sözlərinə görə, dəmir yolunun uzunluğu 175 kilometr təşkil edir. 168 kilometr İranın, 7 kilometr isə Azərbaycanın payına düşür.
Nəzəri deyib ki, ikigünlük iclas zamanı tərəflər yolların inşası, bu sazişin texniki və iqtisadi məsələləri zamanı istifadə ediləcək BOT müqavilənin (Buy Operate Transfer) ilkin variantını müzakirə ediblər.
Nəzəri deyib ki, dəmir yollarının salınması məqsədilə İran, Rusiya və Azərbaycan arasında birgə şirkət yaradılması planlaşdırılır. O əlavə edib ki, Rəşt-Astara dəmiryolu üzrə araşdırmalar 90% başa çatıb.

Trend

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com