Sorğu

Loading ... Loading ...

Təqvim

August 2020
M T W T F S S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Partnyorlarımız

Azərbaycana damazlıq mal-qaranın gətirilməsi davam etdiriləcək

Azərbaycana damazlıq mal-qaranın gətirilməsi davam etdiriləcək
Respublikada ərzaq təhlükəsizliyini təmin etmək və ölkədə heyvandarlığı inkşaf etdirmək üçün Avropa ölkələrindən dövlət xətti ilə cins damazlıqların gətirilməsi bu il də davam etdirilə bilər.
Bu haqda telekanala �Aqrolizinq� Səhmdar Cəmiyyətinin damazlıq heyvandarlıq şöbəsinin müdiri Kamil Şamilov açıqlama verib. Prezidentin ehtiyat fonundan ayrılan vəsait hesabına 2011-ci ildə ölkə ərazisinə Avropa ölkələrindən 1600 baş cins damazlıqların idxalı nəzərdə tutulsa da, onlardan yalnız 1205 başı gətirilib. Yerdə qalan 295 damazlıq cinslərin isə seleksiya işləri bitdikdən sonra bu ilin fevral ayının sonuna qədər Azərbaycana idxal olunacaq.
Müsahibimiz damazlıq cinslərin respublikada son bir neçə ildə heyvandarlığın inkişafına böyük təkan verdiyini bildirərək təsərrüfatlarda da buna böyük marağın olduğunu açıqlayıb. Artıq bu məqsədlə respublikanın müxtəlif ərazilərində 600, 1000, 3000 başlıq iri həcimli heyvandarlıq komplekslərinin yaradılması həyata keçirilir.
“Dövlət tərəfindən damazlıq heyvanların idxalı məqsədilə bu il hər hansı bir göstəriş və maliyyə imkanları yaradılarsa, bu proses tərəfimizdən davam etdiriləcək. Məlumat üçün bildirim ki, idxal olunan damazlıqlara Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti və Aqrolizinq ASC-nin nəzarəti nəticəsində və hər ayda bu heyvanların artımı ilə bağlı məlumatlar toplanır. Bu da öz nəticəsini göstərir ki, idxal olunan damazlıqlardan alınan balaların sayı hesabına ölkədə mövcud olan cinslərin sayı 3746-a çatdırılmışdır”.

Milli.Az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]