Sorğu

Loading ... Loading ...

Təqvim

July 2020
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Azərbaycanda çay təsərrüfatının inkişafının vacibliyi

Respublikada həyata keçirilən uğurlu aqrar islahatlar çayçılıq sahəsini də dirçəltməkdədir. Belə ki, yerli və xarici biznesmenlər, kompaniyalar bu sahəyə sərmayə qoymağa başlamışlar. Belə ki, Almaniya və Azərbaycan hökuməti arasında olan razılaşmaya əsasən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin əməkdaşlığı ilə ölkəmizdə bir çox layihələr həyata keçirir. Bu layihələr arasında Çay Sektorunun İnkişafı Layihəsi mühüm yer tutur. Bu layihə əsasən kənd təsərrüfatının aparıcı sahəsi olan çay sektorunda müasir təcrübələrin yayımlanması, keyfiyyətə nəzarət tədbirlərinin gücləndirilməsi, fabriklərdə avadanlıqların təkmilləşdirilməsi və kadrların texniki biliklərinin artırılması üzrə məşğələ və təlimlər keçirməklə çay istehsalı və emalı sahəsinin dirçəldilməsi məqsədilə məsləhət proqramı kimi hazırlanmışdır.
Bu layihə GTZ-in Özəl Sektorun İnkişafı Proqramı nəzdində həyata keçirilir və respublikamızın əsas çayçılıq zonası olan Lənkəran, Astara rayonlarında və eləcə də Zaqatalada gerçəkləşdirilir.
Məlumdur ki, Azərbaycan çayı özünün keyfiyyət göstəricilərinə görə dünya standartları səviyyəsindədir. Bunu milli çayımızın bir sıra Beynəlxalq sərgilərdə və müsabiqələrdə qazandığı mükafatlar bir daha sübut edir. Belə ki, 2002, 2005, 2006-cı illərdə İspaniyanın Madrid şəhərində keçirilən �Keyfiyyətə görə� müsabiqələrində Lənkəranın �Təbii çayı� Avropanın Qızıl Mükafatına layiq görülmüşdür. Cari ilin mart ayında Moskvada keçirilən �Keyfiyyətə görə� III Beynəlxalq Assambleyada �Lənkəran Çay-5� ASC-də Azərbaycan Çay Assosiasiyasının mütəxəssislərinin nəzarəti ilə istehsal olunmuş �Fərman çay� assambleyanın �Qızıl Sertifikatına� layiq görülmüşdür.
Çox fərəhləndirici haldır ki, son illər ölkəmizin əhalisi artıq milli çayımıza – Azərbaycanın qara məxməri çayının keyfiyyətinə, ekoloji təmizliyinə inanmış və gündəlik həyatlarında yerli çayların istifadəsinə daha çox üstünlük verirlər. Lakin milli çayımızın istehsal həcmi və həm də çeşidinin məhdud olması narahatçılıq doğurur.
Ona görə də ölkənin Ərzaq Təhlükəsizliyi baxımından Azərbaycanda çayçılığın bərpası və inkişafı günün vacib məsələləri sırasında durur.

Abdullayeva Könül
Azərbaycanda Regional İnkişaf Mərkəzi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]