Azərbaycanda çayçılıq tamamilə yox olacaq

Əgər dövlət çayçılığın bərpa olunmasına qayğı ilə yanaşmazsa, 10-15 ildən sonra Azərbaycanda bu sahə tamamilə yox olacaq � Çingiz İsmayılov
Bakı, 14 iyul, �Novosti Azərbaycan�, Ramon Temnikov. Azərbaycan üçün çayçılığın inkişafı birbaşa millətin sağlamlığı ilə bağlıdır. Bu barədə �Novosti Azərbaycan� qəzetinə müsahibədə Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri Çingiz İsmayılov bildirdi.
– Bu günlərdə Bakıda Qafqaz ölkələri çayçılarının Birinci konqresi öz işini başa vurmuşdu. Tədbirdə çayçılığın problemləri və iqtisadiyyat sahəsinin inkişaf perspektivləri müzakirə olunurdu. Azərbaycanda çayçılığın vəziyyəti nə yerdədir?
– Bu tədbirdə çayçılığın mərkəzi hesab olunan keçmiş Sovet respublikaları – Azərbaycan, Gürcüstan və Rusiyanın çayçıları iştirak etdilər. Çayçılıq rayonları Azərbaycanda Lənkəran-Astara və Şəki-Zaqatala, Gürcüstanda � Kolxida rayonu, Rusiyada � Qara dənizin sahilində və Soçi şəhərinə yaxın olan sahələr hesab olunur. Sovet hakimiyyəti dövründə Azərbaycan ümumi çay istehsalının cəmi 2%-ni verirdi. Buna baxmayaraq Gürcüstan və Rusiyadan çox, məhz Azərbaycan üçün çayçılığın inkişafı daha əhəmiyyətlidir.
İş ondadır ki, Gürcüstandan və Rusiyadan fərqli olaraq, məhz Azərbaycan üçün çayçılığın inkişafı bilavasitə millətin sağlamlığı ilə bağlıdır.
Hal hazırda Azərbaycanda çayçılıq tənəzzül dövrünü yaşayır. Əgər SSRİ-nin dağılma dövründə Azərbaycanın Lənkəran-Astara bölgəsində 14 çay fabriki fəaliyyət göstərirdisə, hal hazırda cəmi 2 fabrik fəaliyyət göstərir.
– Yerli çayçılığın inkişafına hansı problemlər mane olur?
– Torpaqların özəlləşdirilməsi və insanlara torpaqların paylanmasından sonra çay kolları demək olar ki, kəsilmişdirlər. Hal hazırda cəmi 2% çay zəmiləri qalıb. Qalan kolları isə həvəskarların və öz işlərini peşəkar səviyyədə bilən adamların sayəsində qoruyub-saxlamaq mümkün olmuşdu. Ancaq mən elə fikirləşirəm ki, onların çayçılıq kimi sahəni qorumaq və bərpa etmək təşəbbüsü iflasa uğrayacaq. Azərbaycanda dövlətin xüsusi diqqətinə ehtiyacı olan 3 sahə var: çayçılıq, üzümçülük və zeytunçuluq.
Bu bitkilərin becərilməsinə qoyulmuş vəsaitlər ancaq 7-10 ildən sonra xərcini ödəyəcək. Azərbaycanda mövcud olan banklar isə kreditləri çox qısa müddətə – bir-iki ilə verirlər. Ona görə də burada aşağı faizlə kreditin verilməsi üçün xüsusi güzəştli sistem yaratmaq üçün dövlətin yardımı lazımdı.
Nümunə üçün, Soçidə rusiya hakimiyyəti çayçılıqla məşğul olan torpaq sahibkarlarına hər hektar üçün min dollar yardım edir. Buna baxmayaraq torpaq sahibkarları bu məbləğin az olduğunu deyərək narazıdırlar. Azərbaycanda isə bu yardım hər hektara 40 manatdan yuxarı olmur. Azərbaycanda çayçılığın digər problemi onun aşağı məhsuldarlığındadır. Buna irriqasiya sisteminin bərbad vəziyyətdə olması, çayların quruması və dayazlaşması səbəb olmuşdur. Susuz da çay kolları tez quruyur. Deməli burada da dövlətin yardım göstərməsi labüddür. Əgər dövlət çayçılığın bərpa olunmasına biganə qalarsa, 10-15 ildən sonra Azərbaycanda bu sahə tamamilə yox olacaq.
Bu sahədə həm də çayçılıqla məşğul olan kadrların çatışmamazlığını da qeyd etmək lazımdır. Hər il Azərbaycanda minlərcə hüquqşünas və diplomat buraxılır, amma heç bir dənə də çayçı buraxılmır.
– Konqresin açılış günündə təşkil olunan sərgi sizə nə kimi təəssürat bağışladı?
Konqresin açılış günündə məni sərgiyə qoyulan, xüsusən yerli çayçılıq nümunələri maraqlandırmışdır. Mən görən nümunələrdən ancaq �Azersun� holdinqin nümunələri idi və onlar çox dəhşətli gündə idilər. Bəzi hallarda onlar çay şəklində çayın emalı nəticəsində tozdan ibarət tullantıları nümayiş etmişdirlər. Onu nəyin ki, istifadə etmək, həm də sərgidə nümayiş etmək ayıbdır.
– Azərbaycanda satışda olan çayın keyfiyyəti nəcədir?
Adi dükana girib baxmaq kifayətdir. Bizdə satışda olan çay xaricdən � Hindistandan, Şri-Lankadan və sair ölkələrdən gətirilir. Azərbaycanda hər il 20 min ton çay istifadə olunur, bunun 20% yerli istehsalçıların payına düşür. Belə bir problem həm də Gürcüstanda da mövcuddur, burada ildə 3 min ton çay istifadə olunur və bunun cəmi 5%-ni yerli istehsalçılar verir. Bizdə bu problem ona görə dərinləşir ki, yerli monopolist � �Azersun� holdinq xaricdən daha ucuz və keyfiyyətsiz məhsul alır.
Axşamdan dəmlənmiş çayı stəkana tökmək və səhəri gün ona baxmaqla çayın keyfiyyətini qiymətləndirmək olar. Siz görəcəksiz ki, biz nə cür boz qatran içirik. Biz içən çay bizim sağlamlığımıza çox dəhşətli ziyan vurur. Böyrək xəstəliklərinin tibbi statistikasına nəzər salmaq kifayətdir. Siz görəcəksiniz ki, axır vaxtlar böyrək xəstəliyindən əziyyət çəkən insanların sayı nə qədər artıb. Bunun səbəbi çay şəklində istifadə edilən rəngdir. Bu çaya bizi qoxu və dad cəlb edir, hansılar ki, cürbəcür boyaq maddələri verə bilər.

Çingiz İsmayılov
www.newsazerbaijan.ru

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com