Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda bəzi çaylarda sululuq artıb

Bunu cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, ötən gün qeydə alınan yağıntılarla əlaqədar Lənkəran-Astara bölgəsindəki çaylarda suyun səviyyəsi 18-33, Böyük Qafqazın cənub yamacından axan, Zərdab rayonu ərazisindəki, Kürün sol qolu olan Qarasuçayda suyun səviyyəsi 39 santimetr artıb.
Kürün yuxarı axınında suyun səviyyəsində 7, Qanıx çayında 4 santimetr artım qeydə alınıb.
Verdiyev bildirib ki, aprelin 20-dən 24-dək havanaın yenidən qeyri-sabit keçməsi və yağıntılı hava şəraitinin gözlənilməsi ilə əlaqədar əksər çaylarda sululuğun artacağı proqnozlaşdırılır.

Milli.Az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]