Sorğu

Loading ... Loading ...

Təqvim

May 2018
M T W T F S S
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycanda Ekoloji Park yaradılır

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi Bakının Xəzər rayonu ərazisində Ekoloji Parkın yaradılması üzrə işləri başa çatdırır. Park Xəzər rayonunun ərazisindəki Z.Tağıyev adına NQÇİ-nin yaxınlığında 10 ha sahədə salınacaq. İdarənin ekoloji layihələr şöbəsinin rəis müavini Vüqar Kərimov �APA-ECONOMICS�ə bildirib ki, parkın salınmasında əsas məqsəd maarifləndirmə və ekoloji təbliğat, o cümlədən ARDNŞ-in ekologiya sahəsində gördüyü işlərin təqdimatıdır. Parkda fəaliyyət göstərəcək böyük ekoloji tədris mərkəzində həm maarifləndirmə və təbliğat işləri, həm də seminar, konfrans və şagird və tələbələr arasında olimpiadalar keçiriləcək.
Parkın enerjiyə tələbatının bir hissəsi alternativ enerji mənbələri – külək və günəş enerjisi qurğuları vasitəsilə təmin olunacaq. Bu qurğular parkın enerji tələbatının 40%-ni ödəyəcək. Bundan başqa, parkın yaradılması yaşıllaşdırma işləri ilə əlaqədar ARDNŞ-in ağac və kol tinglərinə olan tələbatını ödəməyə imkan verəcək. Neft Şirkətinin ildə 200-250 min tingə ehtiyacı olduğunu deyən V.Kərimovun sözlərinə görə, parkda inşa olunmuş istilikxanada belə tinglər yetişdiriləcək. Və nəhayət, klassik ekoloji park modelinə uyğun olaraq burada nadir, kökü kəsilməkdə olan bitki növlərinin qorunması, artırılması və digər ərazilərə yayılması ilə bağlı işlər görüləcək. Hazırda parkda tikinti işləri başa çatıb, ərazi landşaft işləri gedir.

APA

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com