Sorğu

Loading ... Loading ...

Təqvim

August 2020
M T W T F S S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Partnyorlarımız

Azərbaycanda məcburi köçkünlərə 2012-ci ildə ilk güzəştli kreditlər verilib


İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda 2012-ci ildə ilk tədbirini Xocavənd rayonunda keçirib. Tədbirdə Xocavənd və Qarabağın işğal altında olan digər rayonlarından 130-a yaxın məcburi köçkün iştirak edib.
Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına Beyləqan rayonunun Şəfəq qəsəbəsində “Əkinçi-BO fermer təsərrüfatı” MMC tərəfindən inşa olunan soyuducu anbar kompleksinin fəaliyyətinə və “Bərdə yağ-pendir Azqida” MMC-nin illik emal gücü 6 min ton olan süd emalı müəssisəsində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.
Tədbirdə Xocavənd qəsəbəsində güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik həcmli cins heyvandarlıq təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin, tikiş sexinin və tamet (plitə daşları) istehsalı sexinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, bu layihələrin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələrin nümunələri, digər metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2011-ci ildə Fondun fəaliyyətinin yekunları, güzəştli kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, ötən il Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1643 investisiya layihəsinin maliyyələşdirilməsinə 138 milyon manat, o cümlədən 162 məcburi köçkün sahibkara 5,9 milyon manat güzəştli kredit verilib. Bu layihələrin həyata keçirilməsi 6500-dək yeni iş yerinin yaradılmasına imkan verir.
Şirzad Abdullayev, həmçinin, 2012-ci ildə qarşıda duran əsas vəzifələrdən bəhs edib. Bu il sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə Fondun tarixində ilk dəfə olaraq maksimal məbləğdə 200 milyon manat vəsaitin verilməsi proqnozlaşdırılır. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 49 sahibkara 459 min manat, o cümlədən Xocavənd və işğal edilmiş digər rayonlardan olan 38 məcburi köçkün sahibkara 332 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabınada 70-ə yaxın yeni iş yeri yaradılacaq.
Yanvarın 24-nə olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.

Milli.Az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]