Sorğu

Loading ... Loading ...

Təqvim

August 2020
M T W T F S S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Partnyorlarımız

Azərbaycanda ünvanlı sosial yardımların verilməsinin alternativ mexanizmlərinin tətbiqi genişlənir


Azərbaycanda ünvanlı sosial yardımların (ÜSY) verilməsinin alternativ mexanizmlərinin tətbiqi genişlənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünədəstək layihəsinin reallaşdırıldığı dörd pilot rayondan biri olan Bakının Nizami rayonunda ÜSY alanlar arasında 30 ailəni seçib.
2012-ci ildə bu layihə Nizami rayonu ilə yanaşı, Masallı, Quba və İsmayıllı rayonlarında da tətbiq olunmağa başlayıb.
Fevralda həmin 30 ailəyə ÜSY-nin birdəfəlik ödənişinə başlanacaq.
Özünüdəstək layihəsinin reallaşdırılmasına 2011-ci ildə Balakən və Cəlilabad rayonlarında başlanılıb. 2011-ci ilin sonunda ÜSY-ni 120 478 ailədən 541 989 nəfər alıb ki, onların hər birinə ayda orta hesabla 106,45 manat ödənilib.
Layihə ilin sonunadək bütün ölkəni əhatə edəcək.
Özünüdəstək layihəsinin məqsədi ÜSY alan ailələrin bu vəsaitləri öz biznesinin inkişafına yönəldə bilməsidir. Aparılan monitorinqlərə görə, ÜSY vəsaitlərinin 60 faizi ərzaq məhsullarının alınmasına yönəldilir.
Layihə çərçivəsində alınan mal və ya materialların dəyərindən asılı olaraq ailələrə biznes layihə üçün illik və ya yarımillik birdəfəlik ÜSY ayrılacaq.
Azərbaycan 2006-cı ildən ÜSY sisteminə keçib. ÜSY-nin həcmi “ehtiyac meyarı” və ailənin bir üzvünə düşən gəlirin həcmi arasındakı fərqdən çıxış edilərək müəyyənləşdirilir. 2011-ci ildən Azərbaycanda ehtiyac meyarı 15,4 faiz artırılaraq 75 manata çatdırılıb. 2012-ci ildə isə bu göstərici 84 manat təşkil edir.

Milli.Az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]