Sorğu

Loading ... Loading ...

Təqvim

July 2018
M T W T F S S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Azərbaycanda Yeni İl qabağı satış obyektlərində qiymətlər yoxlanılıb

Azərbaycanda Yeni İl qabağı satış obyektlərində qiymətlər yoxlanılıb
Milli.Az-ın Regional TV kanalına istinadən verdiyi xəbərə görə, İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları Xaçmazdakı bir sıra ticarət mərkəzlərində yoxlama keçiriblər.
Məqsəd satış obyektlərində qiymət artımının olub-olmamasını aydınlaşdırmaqdır. İdarə tərəfindən tikinti materialları bazarına da baxış keçirilib. Sözügedən satış obyektlərində qiymət artımı müşahidə olunmayıb. Əhalinin yeni ildə ən çox aldığı qida məhsullarından biri də meyvə-tərəvəzdir. Hazırda Xaçmazda meyvə satışı həyata keçirən obyektlərdə qiymət artımına rast gəlinmir. Satıcı İlham Əliməmmədov bildirir ki, müştəri sarıdan əziyyət çəkmir. Yeni ildə hər kəs bayram süfrəsi üçün meyvə-tərəvəz alır.
Dövlət Xidmətinin Quba-Xaçmaz regional bölməsinin baş məsləhətçisi Nadir Hüseynov monitorinq nəticəsində hər hansı məhsulun qiymətində artım qeydə alınmadığını bildirir. O, bazarda vəziyyətin stabil olduğunu bildirir. Bölmə bu kimi reydləri Quba və Qusar rayonlarında da həyata keçirib. Adıçəkilən rayonların ticarət mərkəzlərində qiymət artımı müşahidə olunmayıb.

Milli. az.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com