Sorğu

Loading ... Loading ...

Təqvim

September 2018
M T W T F S S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Partnyorlarımız

Bərdə Dövlət Rəsm Qalereyasında sərgi və turizm satış yarmarkası açılıb

Bərdə Dövlət Rəsm Qalereyasında sərgi və turizm satış yarmarkası təşkil edilib. Tədbirdə Bərdə sakinləri ilə yanaşı, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir, Yevlax şəhərləri və Tərtər rayon nümayəndəliklərindən qonaqlar, mədəniyyət işçiləri, turistlər iştirak ediblər.

Yarmarkada Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin şagirdi Nərgiz İbrahimzadənin çəkdiyi rəsm əsərləri ilə yanaşı, müxtəlif suvenirlər, turizm çap məhsulları və kitablar nümayiş etdirilib. Sərgi-satış yarmarkası sakinlərin və şəhərin qonaqlarının marağına səbəb olub.

Regional idarənin məsləhətçisi Ceyhun İsmayılzadə uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin əl işlərindən ibarət sərgilərin təşkilindən, istedadlı gənclərin üzə çıxarılması sahəsində görülən işlərdən, onların inkişafına şərait yaradılmasından, həmçinin Bərdənin turizm potensialından bəhs edib. Bildirib ki, bu cür tədbirlər bundan sonra da davam etdiriləcək.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com