Sorğu

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« May    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Bakı şəhərində nəqliyyat hərəkəti və yaranmış mövcud problemlər

Azərbaycanda Regional İnkişaf Mərkəzi bu gün �Bakı şəhərində nəqliyyat hərəkəti və yaranmış mövcud problemlər� mövzusunda Dəyirmi Masa keçirmişdir. Dəyirmi Masa TREND agentliyinin mətbuat mərkəzində təşkil olunmuşdur. Tədbirdə ekspertlər, QHT və KİV nümayəndələri ilə yanaşı, ali məktəb tələbələri də iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, prof. Çingiz İsmayılov açdı. O, Bakı şəhərində nəqliyyat infrastrukturunun müasir vəziyyətindən danışdı. Prof. Ç.İsmayılov təşkilatın son 2 ayda Bakı şəhərinin NəSimi, Səbail və Yasamal rayonlarında 1500 respondent arasında apardığı ekspress sorğunun nəticələrini ictimaiyyətə açıqladı. Sorğuda Bakı şəhərində avtomobil yollarının keyfiyyəti, yollarda və yol boyunca qoyulmuş işıqforlar və yol işarələri, tıxaclar, yol hərəkəti mədəniyyəti, yollarda qəzaların yaranmasının əsas səbəbləri, şəhərin ekoloji vəziyyəti və s. məsələlərə aydınlıq gətirilmişdir. Məsələn, yollarda və yol boyunca qoyulmuş işıqforlar və yol işarələri Sizi qane edirmi? sualına sorğuda iştirak edənlərin böyük əksəriyyəti yəni 65%-i yox cavabı vermişdir. Şəhərdə yol tıxaclarının əmələ gəlməsinin əsas səbəbləri kimi isə respondentlərin 39%-i sürücülərin və piyadaların yol hərəkətləri qaydalarına riayət etməməsini, 29%-i isə yol xətlərinin dar olması əsas amil kimi qeyd etmişdir. Yollarda qəzaların yaranmasının əsas səbəbləri nədən ibarətdir? sualına cavab olaraq isə 22% respondent sürücülərə vəsiqələrinin verilməsində mövcud olan qanun pozuntularını və sürücülərin yol hərəkəti qaydalarını lazımı səviyyədə bilməməsini göstərmişdilər.
Ç.İsmayılov çıxışını bitirdikdən sonra sözü �Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi� İctimai Birliyinin sədri prof. Kamil Səlimova verdi. Prof. K.Səlimov yol infrastrukturunda yaranmış qanun pozuntuları ilə yanaşı, yolların və yol nizamlayıcı nişanların normativ hüquqi bazasından danışdı. Səlimov bu normativ hüquqi bazanın işləməməsini qeyd etmiş və bunun əsas səbəbkarı kimi bir sıra qurumların (Nazirlər Kabinetini, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri İcra Hakimiyyəti, yerli bələdiyyələri və s.) öz işlərini lazımi səviyyədə aparmamasını qeyd etmişdir.
Sonda söz �Ekoloji Standartların Monitorinq� Fondunun sədri prof. Rauf Sultanova verildi. Prof. R.Sultanov 2010-cu ilin �Ekologiya ili� olduğunu qeyd etdi və ötən dövr ərzində bir sıra ekoloji layihələrin həyata keçirildiyini qeyd etdi. Lakin O, tədbirlərin keçirilməsinə baxmayaraq bu problemin aktual olaraq qaldığını vurğuladı. R.Sultanov ölkəyə gətirilən avtomobillərə də öz münasibətini bildirdi və onların avro standartlara uyğun gəlmədiyini qeyd etdi.
Tədbirin sonunda bu problemlə bağlı müzakirələr aparıldı və təklifləri dinlənildi.

Azərbaycanda Regional İnkişaf Mərkəzi
Zaur İmrani

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com