Bakı şəhərində Qafqaz ölkələri çayçılarının birinci konqresi keçirilir

Bakı şəhərində Qafqaz ölkələri çayçılarının birinci konqresi keçirilir 11 iyul Bakı Dəniz vağzalında Qafqaz ölkələri çayçılarının birinci konqresinin açılışı oldu. Konqresin təşkilatçısı �Qafqazın biznes və inkişaf şəbəkəsi � Beynəlxalq təşkilatı idi. Tədbirin keçirilməsinin əsas məqsədi çayçılıq sahəsində yaranmış problemlərin həllində birgə işlərin aparılması, Qafqaz regionunda çayçılıq ənənələrinin bərpası, çay təsərrüfatının regionda eksport və import əlaqələrinin genişləndirilməsi və həmçinin xarici sərmayədarların bu sahəyə diqqətinin artırılmasına dəstək olmuşdur.
Konqresin işində Azərbaycanın, Gürcüstanın və Rusiyanın çayçılıq sahəsində çalışan aparıcı mütəxəssislər iştirak edirlər. Onlar arasında görkəmli çayçılardan Sosialist Əməyi Qəhrəmanı Ustin Şteyman (Rusiya), Gürcüstanın çayçılar assosiasiyasının rəhbəri Tengiz Svanidze, Azərbaycanın çayçılar assosiasiyasının rəhbəri Fərman Quliyev, Kutaisi şəhərinin biznes mərkəzinin rəhbəri Alu Qamxariya, çay sahəsində aparıcı ekspertlər Lili Mineyşina, Anatoli Poqodayev, Qeorqi Basariya, Səadət Tağıyev, Aleksey Paşkin və başqaları iştirak etmişlər. Konqresdə həmçinin mərkəzimizin rəhbəri prof. Çingiz İsmayılov da çıxış etmişdir. O öz çıxışında çayçılığın respublikada inkişafında dövlət dəstəyinin vacibliyini xüsusilə vurğulamışdır. Daha dəqiq desək, çayçılıq sahəsində çalışan sahibkarlara böyük həcmdə uzunmüddətli kreditin ayrılmasının vacibliyini qeyd etmişdir. Belə dəstək olmasa, respublikamızda çayçılığın gələcək inkişafı sual altında qalacaq. Maraqlıdır ki, eyni cür vəziyyət Gürcüstanın və Rusiyanın çayçılıq sahəsində də mövcuddur. Ç. İsmayılov qeyd etmişdir ki Azərbaycanda çayçılığın inkişafı daha böyük əhəmiyyət daşıyır. Çünki hər bir azərbaycanlı ailəsində çay hər gün istifadə olunan qida məhsuludur. Bu qida məhsulunun keyfiyyətli olması birbaşa olaraq ölkə əhalisinin sağlamlığına təsir edir. Buna görə daxili bazarı keyfiyyətli yerli çay məhsulu ilə təmin etmək həddən dərəcədə böyük əhəmiyyət kəsb edir. Ç. İsmayılov öz çıxışının sonunda ölkə rəhbərliyinə çayçılığın bərpası ilə bağlı müvafiq təkliflərin irəli sürülməsini tövsiyə etdi.

Könül Abdullayeva

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com