Bakı metropoliteninin inkişafı layihəsi bütün müvafiq strukturlarla razılaşdırılacaq

Bakı metropoliteni bu ilin sonunadək Bakı metropoliteninin 20 illik inkişafi üzrə Dövlət Proqramı çərçivəsində layihənin 4 variantını Azərbaycanın müvafiq strukturlarına baxılması və razılaşdırılması üçün təqdim edəcək, çərşənbə axşamı Bakı metropolitenindəki mənbə deyib.
“Layihənin variantları hələ təqdim edilməyib, lakin dekabrın sonunadək onların baxışa verilməsi planlaşdırılır”, – metropolitenin nümayəndəsi deyib.
Bir müddət əvvəl Bakı metropolitenin başçısı Tağı Əhmədov deyib ki, metropoliten 2010-cu ilin may ayınadək layihəni Azərbaycanın Prezident Administrasiyasına baxılması üçün təqdim edəcək.
Xarici şirkətlər konsorsiumuna Fransanın SYSTRA SA, Çexiyanın MOTT McDonalds və Cənubi Koreyanın SAMAN şirkəti daxildir. Bu konsorsiumda aparıcı rol Fransa şirkətinə məxsusdur.
“Dövlət Proqramı çərçivəsində layihə tam razılaşdırıldıqdan sonra Prezident Administrasiyasına təqdim ediləcək. 20 illik inkişaf proqramı çərçivəsində 2040-cı ilədək 46 yeni stansiyanın tikilməsi və istismara verilməsi nəzərdə tutulur”, – Əhmədov deyib.
“Metropolitenin inkişaf proqramı” çərçivəsində paytaxtda sərnişin axınını əks etdirən şəhərin nəqliyyat modeli hazırlanıb. Şəhərdə səhiyyə və təhsil obyektlərinin yerləşməsinin öyrənilməsi məqsədilə Səhiyyə və Təhsil nazirliklıri ilə də işlər aparılır, mənbə daha əvvələr deyib.
Yeni proqramın hazırlanmasına başlamaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı metropoliteninin perspektivli inkişafi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına əsasən, prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
Bakı metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 21 stansiyaya malikdir. Bu ilin sonunda “Azadlıq” stansiyasının istismara verilməsi planlaşdırılır.

Trend

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com