Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir

Dekabrın 11-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən Dekabrın 11-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.Bazar günü �Təzə bazar� MMC-nin həyətindəki yarmarkada şəhər sakinlərinə Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 12 tonadək məhsul, o cümlədən 1 ton ət, 0,5 ton ağartı, 3,5 ton tərəvəz, 3 ton kartof, 1 ton bostan və 0,2 ton taxıl məhsulları, 2,5 ton meyvə, 2 min yumurta təklif olunurdu. Alıcılar məhsulların keyfiyyətindən və qiymətindən razılıq edirdilər. Ümumilikdə şənbə və bazar günü yarmarkaya gətirilmiş 25,5 ton kənd təsərrüfatı məhsullarından təxminən 20 tonu satılmışdır. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Zakir Bağırov dedi ki, yarmarkadakı qiymətlər bazardakından 25-30 faiz ucuzdur. Belə ki, qoyun ətinin kiloqramı 5 manat 50 qəpiyə, mal əti 5 manata, kələm və soğan 30-40, kartof 40-60, yumurtanın biri 9 qəpiyə və s. satılır. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda – �Günəş� ticarət mərkəzində (45,9 ton) və �Suraxanı Maşınqayırma Zavodu� Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (3,5 ton) satışa Kürdəmir, Samux, Quba, Biləsuvar, Cəlilabad, Lənkəran və Balakən rayonlarından gətirilmiş ümumilikdə 49,4 ton məhsul çıxarılmışdır. Hər iki yarmarkada nar, heyva, üzüm, alma, naringi, kələm, pomidor, xiyar və digər mövsümi məhsulların alıcıları çoxluq təşkil etmişdir. Bazarlarla müqayisədə qiymətlər 25-30 faiz ucuz olmuşdur. Məhsulların təxminən 60-70 faizi satılmışdır. Şənbə-bazar günləri məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir. Xətai rayonunda �Bakı� kinoteatrının yaxınlığındakı yarmarkada Ağcabədi, Salyan, Biləsuvar, Qəbələ, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara rayonlarından gətirilmiş 196 ton meyvə-tərəvəz, ət və süd məhsulları təklif olunmuşdur. Şənbə və bazar günləri yarmarkada bazarlardakından 25-30 faiz ucuz qiymətə 190 tondan çox kartof, soğan, kök, çuğundur, alma, nar, xurma, naringi, göyərti və digər məhsullar satIlmışdır.Yarmarkada bazarlıq edən şəhər sakinləri məhsulların keyfiyyətindən razılıq etmişlər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkaya şənbə-bazar günləri Xaçmaz, Tərtər, İmişli, Salyan, Beyləqan, Oğuz rayonlarından gətirilmiş 50,4 ton kənd təsərrüfatı məhsullarının çox hissəsi satılıb qurtarmışdır.Alıcılar yarmarkadakı məhsulların təzə və keyfiyyətli, eyni zamanda bazardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər. Ağartı məhsullarına, toyuq və yumurtaya, alma və narıngiyə tələbat daha çox idi. Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada müxtəlif çeşiddə meyvə-tərəvəz, süd məhsulları satılmışdır. Goranboy, Bərdə, Ağstafa, Siyəzən fermerləri gətirdikləri həmin məhsulları bazardakından 20-30 faiz ucuz qiymətlərə təklif edirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirmişdir ki, şənbə və bazar günlərində yarmarkada 19 tonadək meyvə-tərəvəz və süd məhsulları satılmışdır.

AzərTAc

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com