Sorğu

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« May    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Bakıda tapılmayan dərmanı necə əldə etməli?

Heç kimə sirr deyil ki, demək olar, hər gün şəhərimizin hər hansı bir yerində aptek açılır. Bir çoxları isə heç bir neçə ay belə, fəaliyyət göstərə bilmir. Öz təcrübəsizlikləri və qeyri-peşəkar işçiləri sayəsində bir neşə aydan sonra fəaliyyətlərini dayandırmağa məcbur qalırlar.
Amma alıcıların inamını və hörmətlərini qazanmış apteklər də var ki, onlarla əməkdaşlıq etmək, onların xidmətlərindən yararlanmaq həqiqətən də insana zövq verir. Belə apteklərdən biri də “Eskulap” aptekidir. Artıq neçə ildir ki, “Eskulap” apteki Bakının mərkəzində, Nizami küçəsində fəaliyyət göstərir. Milli.Az saytında rast gəldiyim bir məqalədə və reklam lövhəsində “Eskulap” aptekinin ünvanının dəyişildiyini, Rəşid Behbudov 42 ünvanına köçdüyünü öyrəndim. Özümə də maraqlı gəldi.
Hələ Nizami küçəsində yerləşdiyi vaxtlarda bu aptekin xidmətlərindən yararlanmışdım. Onu da deyim ki, çox razı qalmışdım. Yüksək təcrübəli əczaçıların çalışdığı bu aptekdə hər zaman geniş məlumat toplayıb, məsləhət almaq olar. “Eskulap” aptekinin əməkdaşları nəinki savadları, həm də çox səbrli və nəzakətli olmaları ilə yadımda qalmışdılar.
Milli.Az saytında göstərilən ünvana getməyə qərar verdim. Həm də bir neçə müddət axtardığım bir preparatı da almaq istəyirdim.
“Eskulap” apteki Mərkəzi Bankın lap yaxınlığında, Dillər Universitetinə qalxan yolda yerləşir. Geniş, işıqlı və göz oxşayan satış zalı, xüsusi zövq ilə hazırlanmış mebel və aksesuarlar diqqəti cəlb edir. “Eskulap” apteki yeni ünvanda əvvəlkindən də gözəl və yaraşıqlı görünür. Kollektiv də tamamilə əvvəlki kollektivdir. Gülərüz, mehriban.
Əvvəllər də bu aptekin xidmətlərindən yararlandığımdan məni tanıdılar və xüsusi hörmət və diqqətlə qarşıladılar. Bir qədər söhbətləşib Yeni il münasibətilə təbrik etdim. Söhbət əsnasında bildirdilər ki, “Eskulap” apteki yeni qiymət siyasəti qəbul edib ki, bu da bütün alıcıların ürəyincədir. Yüksək xidmət qalmaqla qiymətlər 15%-dək endirilib. İndi qiymətlər şəhərin bir çox apteklərindən aşağıdır. Həm də mütəmadi olaraq kampaniyalar da keçirilir ki, bu kampaniyalar alıcılar üçün çox sərfəlidir. Həm də bu kampaniyalar haqda aptekin facebook səhifəsində mütəmadi məlumat verilir. Aptekin facebook ünvanını da mənə verdilər. http://www.facebook.com/pages/Aptek-ESKULAP/204853359553927. Bundan savayı, “Eskulap” yeni ünvanda fasiləsiz iş rejiminə keçib. Həftənin 7 günü 24 saat alıcılarının xidmətindədir.
Əczaçılarla bir qədər də söhbət etdikdən sonra tapa bilmədiyim preparatların “Eskulap” aptekində olub-olmadığını soruşdum. Tapa bilmədiyim üç dərmandan ikisi aptekdə var idi. Mənə bildirdilər ki, aptekin təqdim etdiyi xidmətlərdən biri az tapılan və ya tapılmayan dərman vasitələrinin axtarışı və çatdırılmasıdır. “Siz tapa bilmədiyiniz dərmanın adını və dozasını bizə bildirirsiniz və əlaqə nömrənizi təqdim edirsiniz. Əgər həmin preparat Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilibsə, biz onu ən geci üç gün ərzində tapib sizə təqdim edirik. Beləliklə, vaxtınıza və əsəblərinizə qənaət etmiş olursunuz”, – deyə bildirdilər.
Mən də onların dediyi kimi etdim, onsuz da neçə gün idi ki, bu dərmanı tapa bilmirdim.
Artıq həmin gün axşamüstü mənə zəng edib bildirdilər ki, sifariş etdiyiniz dərman artıq “Eskulap” aptekindədir.
Mən bir daha “Eskulap” aptekində peşəkarların işlədiyinin şahidi oldum. Nə yaxşı ki, şəhərimizdə belə apteklər fəaliyyət göstərir.

Milli.Az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com