Sorğu

Loading ... Loading ...

Təqvim

Сентябрь 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Май    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Partnyorlarımız

Bakıda yeni fəvvarələr quraşdırılacaq

Bakı şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfat departamenti şəhərin abadlaşdırılması üzrə tender elan edib.
Milli.Az xəbər portalı �İnterfaks-Azərbaycan� agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı departament yayıb. Tender 6 lot üzrə keçirilir: Yeni müasir tipli fəvvarələrin inşası; Bakı şəhər ərazisində torpaqların texniki rekultivasiyası; Bakı şəhər yollarının asfalt örtüyünün təmiri və yenidən qurulması; Bakı şəhər ərazisində prospekt, küçə, park, bağ, məhəllədaxili və ümumiyyətlə kommunal təyinatlı obyektlərdə yenidənqurma, əsaslı təmir və abadlıq işləri; Bakı şəhərində tarixi əhəmiyyətli binaların dam örtüklərinin və fasadlarının yenidən qurulması, təmir-bərpası, təmizlənməsi və işıqlandırılması; departamentin xidmət dairəsində olan mənzil fondunun əsaslı təmiri.
Tenderin hər bir lotunda iştirak haqqı 100 manatdır.
İddiaçılar tenderdə iştirak etmək üçün təkliflərini tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı ilə birgə 2011-ci ilin 28 yanvar tarixinə qədər təqdim etməlidirlər. Tender proseduru 13 yanvar 2011-ci ildə keçiriləcək.

Milli.Az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com