Sorğu

Loading ... Loading ...

Təqvim

Сентябрь 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Май    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Partnyorlarımız

Bakıda yeni rayon yaradıldı

Milli Məclisin cümə günü keçirilən iclasında Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında qanun qəbul olunub.
Qanun layihəsi barədə məlumat verən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Pirallahı rayonu Xəzər rayonunun tərkibində olan Pirallahı, Çilov və Neft Daşları adalarının əsasında yaradılıb. Onun sözlərinə görə, rayon ərazisində 18 min nəfər əhali yaşayır.
“Rayonun tərkibində olan adaların böyük turizm potensialı da var”, – komitə sədri deyib.
İclasda, həmçinin “Gəncə şəhər inzibati ərazi vahidinin tərkibinə dəyişiklik edilməsi” barədə qanun qəbul olunub.
Qanuna dəyişiklikdə Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarının ərazisindən müvafiq ərazinin ayrılaraq Gəncə şəhərinin inzibati ərazisinə əlavə edilməsi qeyd olunur.
Komitə sədri Arif Rəhimzadə iclasda bildirib ki, Gəncənin ərazisi 2694 hektar genişləndirilərək 12,5 min hektar təşkil edəcək.
O qeyd edib ki, torpaqların böyük hissəsi dövlət torpaqlarıdır, bir hissəsi isə bələdiyyə torpaqlarıdır. Rəhimzadə qeyd edib ki, bu dəyişiklik Gəncə şəhərinin inkişafı üçün mühüm rol oynayacaq.

Milli.Az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com