Sorğu

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Bakıda yetişməmiş pendir istehsalı aşkarlanıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakıda keyfiyyətsiz pendir istehsal edən müəssisə aşkarlayıb.
Komitənin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsində fiziki şəxs statusu ilə sahibkarlıq fəaliyyəti göstərən O.Quliyevə məxsus sexdə duzlu suda yetişdirilmiş pendir istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasını araşdırılıb.
Araşdırma zamanı müəyyən edilib ki, məhsul təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan istehsal olunur. Müəssisədə texnoloji prosesin pozulması faktı aşkar edilib. Belə ki, pendirin yetişmə müddətinə (60 gün) riayət olunmur və məhsul müəyyən edilmiş qaydalara uyğun yetişdirilmir. Yoxlama zamanı istifadə olunan xammalların uyğunluq sertifikatlarının olmadığı, məhsulun qablaşdırılmasında istifadəsinə icazə verilməyən təkrar qablardan istifadə olunduğu, anbarda hazır məhsulun sanitariya norma və qaydalarına riayət olunmadan saxlanıldığı, markalanmanın normativ sənədin tələblərinə uyğun aparılmadığı müəyyən edilib.
Nöqsanların aradan qaldırılması üçün müəssisənin rəhbərinə inzibati qaydada protokol təqdim olunub.

Milli.Az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com