Sorğu

Loading ... Loading ...

Təqvim

July 2018
M T W T F S S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Bakıdakı müəssisələrdən birində çörək istehsalı qadağan edildi


Bakıdakı müəssisələrdən birində çörək istehsalı dayandırılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 9 ünvanında fəaliyyət göstərən fiziki şəxs E.Yaqubova məxsus müəssisədə dövlət nəzarəti həyata keçirilib.
Komitənin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, araşdırma zamanı müəssisədə texnoloji sənədlər, o cümlədən uyğunluq sertifikatı olmadan çovdar unundan hazırlanan çörəklərin istehsalı, hazır məhsulların sınağının aparılmadığı, istifadə olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçmədiyi, o cümlədən məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şəraitin olmadığı müəyyən olunub.
Aşkar olunmuş qanun pozuntuları ilə bağlı müəssisədə məhsul istehsalı qadağan edilib.

Milli.Az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com