Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Bakı Baş Gömrük İdarəsi ölkəyə qaçaqmal yolu ilə xeyli sayda mobil telefonun keçirilməsinin qarşısını alıb

Ümumilikdə 60-dan çox mobil telefon müsadirə olunub

Bakı Baş Gömrük İdarəsi Poçt Göndərişlərinə Nəzarət bölməsində Birləşmiş Ərəb Əmirliklərindən beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan, üzərində alıcının adı Əhməd Usubov kimi göstərilən içərisindəki mal “generator” kimi bəyan olunan beynəlxalq poçt bağlamasına “Rapiskan” markalı rentgen aparatı vasitəsilə baxış keçirilərkən, həmin bağlamanın içərisində olan “Bosihou” markalı elektrik tənzimləyici şübhə doğurub və bu elektrik tənzimləyici bölmənin əməkdaşları tərəfindən yoxlanılıb.

Baş İdarədən “APA-Economics”ə verilən məlumata görə, keçirilən yoxlanılma zamanı elektrik tənzimləyicisinin üst hissəsi açılıb və içərisinin boşaldılmış vəziyyətdə olması müəyyən edilib və içərisində gizlədilən “X-BO” markalı 6 ədəd və “Nokia N-206” markalı 14 ədəd mobil telefon aşkar olunub.

Bakı Baş Gömrük İdarəsi Poçt Göndərişlərinə Nəzarət bölməsində BƏƏ-dən beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan, üzərində alıcının adı Sevda Kazımova kimi göstərilən içərisindəki mal “piano” kimi bəyan olunan beynəlxalq poçt bağlamasına “Rapiskan” markalı rentgen aparatı vasitəsilə baxış keçirilərkən, həmin bağlamanın içərisində olan sintezatora oxşar iki ədəd musiqi aləti şübhə doğurub və bu alətlər bölmənin əməkdaşları tərəfindən yoxlanılıb. Keçirilən yoxlanılma zamanı sintezatorların üst hissəsi açılıb və içərisinin boşaldılmış vəziyyətdə olduğu müəyyən edilib və birinin içərisində gizlədilən “Hope” markalı 7 ədəd mobil telefon, “KKD” markalı 4 ədəd mobil telefon və markası naməlum olan bir ədəd mobil telefon, ümumilikdə 26 ədəd mobil telefon aşkar olunub.

Bakı Baş Gömrük İdarəsi Poçt Göndərişlərinə Nəzarət bölməsində BƏƏ-dən beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan, üzərində alıcının adı Hilal Sadıxlı kimi göstərilən içərisindəki mal “işıq” kimi bəyan olunan beynəlxalq poçt bağlamasına “Rapiskan” markalı rentgen aparatı vasitəsilə baxış keçirilərkən, həmin bağlamanın içərisində olan fənər şübhə doğurub və bu fənər bölmənin əməkdaşları tərəfindən yoxlanılıb. Keçirilən yoxlanılma zamanı fənərin üst hissəsi açılıb, içərisinin boşaldılmış vəziyyətdə olduğu müəyyən edilib və içərisində gizlədilən markası naməlum olan 7 ədəd mobil telefon aşkar olunub.

Baş İdarənin adıçəkilən bölməsində BƏƏ-dən beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan, üzərində alıcının adı Günay Məhərrəmli kimi göstərilən içərisindəki mal “piano” kimi bəyan olunan beynəlxalq poçt bağlamasına “Rapiskan” markalı rentgen aparatı vasitəsilə baxış keçirilərkən, həmin bağlamanın içərisində olan sintezatora oxşar bir ədəd musiqi aləti şübhə doğurub və bu alətlər bölmənin əməkdaşları tərəfindən yoxlanılıb. Keçirilən yoxlanılma zamanı sintezatorların üst hissəsi açılıb və içərisinin boşaldılmış vəziyyətdə olduğu müəyyən edilib və içərisində gizlədilən “Hope” markalı bir ədəd mobil telefon, “Orro” markalı 4 ədəd mobil telefon və “KKD” markalı 4 ədəd mobil telefon, ümumilikdə 9 ədəd mobil telefon aşkar olunub.
/apa.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]