Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Bakı-Tbilisi-Ceyhandan ixrac olunan neftin həcmi azaldı

Dövlət Gömrük Komitəsi məlumat yaydı.

2015-ci ilin ilk beş ayı (yanvar-may) ərzində Azərbaycan 13 milyon 869 min 064.86 ton neft ixrac edib. Bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 3,2% azdır.

Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Komitənin məlumatına görə, sayğacların göstəricilərinə əsasən, cari ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 11 milyon 24 min 378,54 ton, Bakı-Supsa neft kəməri ilə 1 milyon 833 min 72,3 ton, Bakı-Novorossiysk neft kəməri ilə 594 min 71 ton neft ixrac olunub.

Bundan əlavə, dəmir yolu ilə nəqliyyatı ilə 417 min 543,02 ton neft daşınıb.

Qeyd edək ki, komitə bildirir ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 907 min 398,24 ton qaz kondensatı ixrac olunub.

Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunan neftin həcmi 2014-cü ilin analoji dövrünün göstəricisindən 807 min 258,66 ton və ya 6,9 % azdır.

Komitənin məlumatına görə, 2015-ci ilin yanvar-may aylarında ixrac edilən 4 milyard 35 milyon 238,02 min dollar məbləğində neftin bəyan edilmiş həcmi 9 milyon 698 min 937,42 ton təşkil edib.
/oxu.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]