Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Bakı və Tehran neft-qaz sahəsində əməkdaşlıq prioritetlərini müəyyənləşdirib

İranın “Xəzər Kəşfiyyat və Hasilat Şirkəti”nin (KEPCO) geologiya, geofizika, geodeziya, qazma və hasilat üzrə aparıcı mütəxəssisləri ilə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə arasında baş tutan görüş zamanı İran tərəfinin Azərbaycana səfərlərinin yekunları müzakirə edilib və neft-qaz sahəsində əməkdaşlıq istiqamətlərinin perspektivləri nəzərdən keçirilib. Trend bu barədə SOCAR-ın saytına istinadən məlumat verir.

Məlumatda bildirilir ki, bu ilin avqust ayının sonunda KEPCO-nun geoloji-kəşfiyyat üzrə direktoru Yusif Etemadinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib, SOCAR-ın Geofizika və Geologiya İdarəsində, “Neftqazelmitədqiqatlayihə” İnstitutunda və “Azneft” İstehsalat Birliyində azərbaycanlı həmkarları ilə görüşlər keçiriblər.

Y.Etemadi bildirib ki, neft-qaz sənayesində tətbiq olunan yeni texnologiyalar İranın böyük marağına səbəb olub.

O həmçinin qeyd edib ki, səfər çərçivəsində Xəzər dənizində, eləcə də qurudakı neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi sahəsində zəngin təcrübəyə malik Azərbaycan neftçiləri ilə geniş fikir mübadilələri aparıb, istifadə olunan texniki-texnoloji proseslərlə tanış olmuş, birgə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər: “Geodeziya və hidroqrafiya mütəxəssislərinin, geofiziklərin, qazmaçıların gördükləri işlərə xüsusi maraq göstərdik. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Palçıq vulkanlarının təzahürləri və quyuların qazılmasına təsiri, dərin sularda qaz hidratlarının öyrənilməsi, onların ehtiyatlarının hesablanması, neft-qaz sənayesində tətbiq olunan müasir kompüter proqramlarının birgə mənimsənilməsi, regional seysmik məlumatların birgə araşdırılması və ümumi stratiqrafiyanın, struktur-tektonik xüsusiyyətlərin öyrənilməsi və digər məsələlər Azərbaycan və İran neftçiləri arasında əməkdaşlığın perspektiv istiqamətləri kimi müəyyən edilib”.

Öz növbəsində X.Yusifzadə ölkələrimiz arasında enerji sektorunda əlaqələrin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu, neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi inkişafına daha böyük töhfələr verəcəyinə əminliyini bildirib, bu görüşlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]