Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Bakı yol polisi sabahdan mərkəzi yollarda şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sabahdan etibarən 3 gün ərzində mərkəzi yollarda şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə verdiyi məlumata görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt sakinləri, avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırır ki, Bakı-2015 Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında keçiriləcək velosiped yarışları ilə əlaqədar olaraq, iyunun 19-u səhər saatlarından iyunun 21-i yarışlar tam başa çatanadək Bakının bəzi mərkəzi yollarında nəqliyyatın hərəkətinin mümkünsüzlüyünü nəzərə alaraq alternativ yollarda hərəkəti davam etdirsinlər.

V.Əsədov qeyd edib ki, yol polisi yarışların startı verilən andan etibarən paytaxtın Azadlıq meydanından başlayaraq Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər, Vəli Məmmədov, Əziz Əliyev, Gənclər meydanı, İçərişəhər, Kiçik Qala, İstiqlaliyyət, Şeyx Şamil, Lermantov, Teymur Elçin, Mehdi Hüseyn, Parlament, Hüseyn Cavid, Landau, İnşaatçılar, Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Bülbül, Üzeyir Hacıbəyov, Rixard Zorge prospekt və küçələri istiqamətində və bu küçələrlə kəsişən yollar üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə adıçəkilən yollarda şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir.

Sürücülərə Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü Kənar dairəvi yolla Badamdar, Yasamal və yaxud 20 Yanvar istiqamətində, həmçinin metronun “Gənclik”, “Nərimanov” stansiyaları, Fətəli xan Xoyski, Koroğlu Rəhimov, Babək və s. küçələrlə hərəkəti davam etdirmək tövsiyə edilir.

Yol polisi qeyd edilən ünvanlar üzrə yaşayan vətəndaşlardan və avtomobil sahiblərindən vəziyyəti nəzərə alaraq şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyi xahiş edir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]