Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Bakıda 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi başlayıb


Bakıda 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi başlayıb.

APA-nın məlumatına görə, sərginin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.

“Caspian Oil & Gas” layihəsinə Energetika Nazirliyi və SOCAR dəstək verir. Builki sərginin ekspozisiyası çərçivəsində 200-dən çox şirkət bir araya gələrək neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirir. Bu il sərgidə Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland Krallığı, Polşa, Portuqaliya və digər ölkələrin şirkətləri iştirak edir. Öz növbəsində Çexiya, İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edirlər. Bu il sərgidə yeni iştirakçılar qismində Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və s. ölkələrin şirkətləri çıxış edir.

Sərginin baş sponsoru qismində ənənəvi olaraq “SOCAR”, qızıl sponsorları qismində “BP” və “Petronas” şirkətləri, gümüş sponsorlar qismində isə “Bos Shelf” şirkəti çıxış edir. Digər sponsorlar arasında “Azeri M-I Drilling”, “AZFEN J.V.”, “Caspian Marine Services”, “Global Energy”, “SOCAR Polymer”, “Tekfen Construction” şirkətləri var.

Apa.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]