Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Bakıda Avropa Oyunlarının açılış və bağlanış günlərində avtobus marşrutlarının xətlərində dəyişikliklər edildi

Nəqliyyat Nazirliyi Bakı-2015 I Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edib.

Nazirlikdən Trend-ə bildiriblər ki, açılış və bağlanış mərasimlərində avtobus marşrutlarının xətlərində nəzərdə tutulan dəyişikliklər aşağıdakılardır:

Zabrat – Maştağa istiqamətindən

107, 131, 172, 173 və 189 nömrəli marşrut xətləri E.Mehdiyev – Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi – “Neftçilər” metrostansiyası – Rüstəm Rüstəmov və Mikayıl Əliyev küçələrinin kəsişməsindən təşkil olunacaq.

139, 148, 163, 166, 198, 204, 216 və 217 nömrəli marşrut xətləri E.Mehdiyev – Bakıxanov qəsəbəsi – O.Əfəndiyev küçəsi – Məmmədəli Şərifli küçəsi – Şirin Mirzəyev – Qara Qarayev prospekti (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.

62, 40 və 105 saylı marşrut xətləri Sabunçu stansiyası – Şəmsi Əsədullayev küçəsi – Bakıxanov qəsəbəsi – S.Mehmandarov küçəsi – Sülh küçəsi – “Neftçilər” metrostansiyası və sonra mövcud xətt üzrə hərəkət edəcək.

55 saylı marşrutun xətti Sabunçu stansiyası – Ş.Əsədullayev küçəsi – Bakıxanov qəsəbəsi – S.Mehmandarov küçəsi və sonra mövcud xətt üzrə hərəkət edəcək.

93 saylı marşrutun xətti müvəqqəti dayandırılır.

Mərdəkan – Buzovna – Qala – Bülbülə qəsəbələri istiqamətindən

100, 101, 136, 141, 150, 160, 171 və 187 saylı marşrut xətləri Mərdəkan şosesi – Heydər Əliyev prospekti – Zığ beton yolu – Gəncə prospekti – “Həzi Aslanov” metrostansiyasına qədər təşkil olunacaq.

116 saylı marşrutun xətti Heydər Əliyev Hava Limanı və Zığ beton yolu – Nobel prospekti – A.Cəlilov – K.Səfərəliyeva – 28 May küçələri (S.Vurğun bağının yanı) son dayanacaq.

184 saylı marşrut xətti Bülbülə qəsəbəsi – Bakıxanov qəsəbəsi – O.Əfəndiyev, M.Şərifli, Ş.Mirzəyev küçələri – Q.Qarayev prospekti (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.

214 saylı marşrut xətti Bakıxanov qəsəbəsi – O.Əfəndiyev küçəsi – Ramiz Qəmbərov küçəsi – “Neftçilər” metrostansiyası – 8-ci km bazarına qədər təşkil olunacaq.

Ziya Bünyadov prospekti istiqamətindən

11 və 36 nömrəli marşrut xətləri – Q.Qarayev prospekti – O.Vəliyev – M.Abbasov – A.Manafov – Q.Qarayev prospekti – sonra mövcud xətt üzrə.

82 saylı marşrutun xətti müvəqqəti dayandırılır.

207 saylı marşrutun xətti Binə T/M – Dairəvi yol – Moskva prospekti – A.Mustafayev – Z.Bünyadov – Atatürk prospektinə qədər təşkil olunacaq.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]